Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ konqresmenlərinin köməkçiləri ilə görüş keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ konqresmenlərinin köməkçiləri ilə görüş keçirilib
# 16 avqust 2013 13:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan-ABŞ Mədəniyyət və Təhsil Mübadiləsi Proqramı (AUCEEP) çərçivəsində ABŞ konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə edilən nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən birinin İKT sektorunda islahatların sürətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, əsas məqsəd İKT-nin ÜDM-də payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. Son illər ərzində İKT sahəsində artım tempinin ildən-ilə yüksəldiyini vurğulayan nazir həmçinin bildirib ki, ölkədə genişzolaqlı internet istifadəçilərinin və mobil abunəçilərin sayı da sürətlə artır.

Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Avropa-Yaxın Şərq İnformasiya Magistralı” (EPEG - “Europe Persia Express Gateway”) layihələri, eləcə də, Azərbaycanın ilk telekommunikasiya peyki barədə danışan Ə.Abbasov bu layihələrə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR