Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) bu ilin II rübünün əvvəlində Rusiyadan müqavilə əsasında 10 240 ədəd İP ünvan alaraq müvəqqəti də olsa, İP ünvan çatışmazlığı ilə bağlı problemi aradan qaldırmağa nail olub.
“APA-Economics”in məlumatına görə, bunu BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirib.
Onun sözlərinə görə, yeni quraşdırılan internet platforması 384 min abunəçiyə onlayn rejimində genişzolaqlı internet xidmətlərindən istifadə, beynəlxalq şəbəkəyə 200 Gbit/s sürətlə qoşulma və İP ünvan çatışmazlığını aradan qaldırmaq üçün NAT avadanlıqlarını dəstəkləmə imkanlığını verir.
““Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 36,5 Gbit/s-ə çatdırılıb”, - deyə o, qeyd edib.