Bank Of Baku

Azərbaycan və Böyük Britaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə edilib
# 14 fevral 2018 14:36 (UTC +04:00)

Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də danışıqlar aparıb.

 

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığından məmnunluğunu bildiriblər. Qeyd olunub ki, Böyük Britaniya şirkətləri ilə əməkdaşlıq 1999-cu ildən Azərbaycana “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunmuş “Boeing 757” təyyarəsinin gətirilməsi ilə başlayıb.

 

Hazırda AZAL və “Silk Way Airlines” aviaşirkətlərinin donanmasının bir hissəsi Böyük Britaniyanın dünya sənayesinin liderlərindən biri olan “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunub. Bu kimi irimiqyaslı layihələr Azərbaycanın mülki aviasiyasını Britaniya şirkətlərinin cəlb olunduğu ən iri sahələrindən birinə çevirib.

 

Görüşdə həmçinin qeyd olunub ki, AZAL-ın ilk beynəlxalq istiqamətlərindən biri London olub. Hazırda bu istiqamətdə uçuşlar müasir “Boeing 787 Dreamliner” təyyarəsi ilə yerinə yetirilir.

 

E.Nikolson bildirib ki, Azərbaycanın mülki aviasiyası böyük potensiala malikdir və Britaniya istehsalçıları və investorlarının fəaliyyəti üçün çox cəlbedicidir.

 

Görüşün yekunlarına əsasən tərəflər bu sahədə Britaniya şirkətlərinin uğurlu əməkdaşlığına ümidvar olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR