Bank Of Baku

Azərbaycan və İran enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair danışıqları sürətləndirəcək

Azərbaycan və İran enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair danışıqları sürətləndirəcək
# 07 avqust 2014 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı barədə razılıq əldə olunub.

 

 “APA-Economics”in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

 

Nazir deyib ki, o cümlədən enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair bütün aidiyyəti məsələlərin nəzərə alınması və danışıqların sürətləndirilməsi barədə də razılıq əldə edilib.

 

Ş. Mustafayev Dövlət Komissiyasının 9-cu iclası çərçivəsində 2014-cü ilin 9 aprel tarixində Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş” İran İslam Respublikasındakı aidiyyəti orqanları tərəfindən təsdiq olunaraq qüvvəyə mindikdən sonra Saziş üzrə müvafiq icra işlərinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR