Bank Of Baku

Azərbaycana 1500 ədəd yeni avtobus gətiriləcək

Azərbaycana 1500 ədəd yeni avtobus gətiriləcək
# 29 iyul 2013 16:28 (UTC +04:00)

Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir.

 

Nazirlik nümayəndəsinin sözlərinə görə, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək: «Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir».

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusları gətirilib. Son 5 il ərzində isə ölkəyə 3 471 ədəd yeni iri və orta tutumlu avtobuslar idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR