Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Milli genişzolaqlı internetin inkişafı Layihəsi» sənədlərini razılaşdırmaq üçün müvafiq qurumlara təqdim edib.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, artıq layihə telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi «Booz&Co» şirkəti cəlb edilməklə qiymətləndirilib. Layihənin icrasına başlanılması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan prezidentinə müraciət olunub. Layihə sənədləri hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.