Bank Of Baku

Azərbaycanda asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyası istifadəyə verilib - FOTO

Azərbaycanda asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 06 avqust 2014 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyanı istifadəyə verib.

 

APA-Economics”in məlumatına görə, ölkədə ilk belə laboratoriyanın qurulmasında məqsəd asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir.

 

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu laboratoriyanın alınması, qurulması, gətirilməsi və fəaliyyətə başlamasında məqsəd son illər Azərbaycan paytaxtı və regionlarda yol-nəqliyyat infrastrukturunun inkişafı və bu sahədə olan irəliləyişlər, həmçinin məhsulların, malların və yol çəkilişlərində istifadə olunan xam malların tərkibinə, təhlükəsizliyinə və keyfiyyətinə nəzarəti daha təkmil həyata keçirilməsidir: “Bu laboratoriya vasitəsilə daha operativ və səyyar şəkildə ezam olunacaq yol çəkilişi məntəqələrinə və yerində, həm çəkilmiş, həm də çəkilməkdə olan yolların asfalt örtüyünü, alfalt-beton qarışığını və yol çəkilişi zamanı istifadə olunan xam malların keyfiyyətinə yerində nəzarət olunacaq. Laboratoriyada çalışan əməkdaşlar xarici ölkələrdə ixtisasartırma kursları keçiblər”.

 

Bu gün həmçinin Sumqayıt şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft və neft məhsulları sınağı laboratoriyasının jurnalistlərə təqdimatı olub.

 

“Ölkəmizdə neft və neft məhsullarına nəzarət son dərəcə ciddi aparılır. Nəzər alsaq ki, “Euro-4” ekoloji standartlarına keçmişik və bu standartın tətbiqi ilə bu sahədə inkişaf göz önündədir. Ölkə rəhbərliyi tərəfindən neft və neft məhsullarına daha ciddi nəzarətin olması tələbi qoyulub. Neft məhsullarına nəzarət də mütəmadi şəkildə bu laboratoriyada aparılır və bunun nəticələrinə uyğun olaraq da müvafiq qərarlar qəbul edilir”, - deyə F.Talıblı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR