Azərbaycanda beynəlxalq kibertəhlükəsizlik konfransı keçiriləcək

Azərbaycanda beynəlxalq kibertəhlükəsizlik konfransı keçiriləcək
# 23 avqust 2013 12:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gələn il Azərbaycanda kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Nazir bildirib ki, bu ilin dekabrın 2-5-də Bakıda beynəlxalq kommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində rabitə və informasiya texnologiyaları nazirlərinin kibertəhlükəzlik üzrə toplantısı və beynəlxalq konfrans keçiriləcək.


«Rabitə və informasiya texnologiyaları nazirlərinin görüşündən sonra müəyyən bəyannamənin qəbulu gözlənilir. 2014-cü ildə isə beynəlxalq kibertəhlükəsizlik konfransının Azərbaycanda keçirilməsi təşəbbüsünü reallaşdırmağa çalışacağıq. Məlumdur ki, Azərbaycan artıq ikinci ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvdür. Biz Avropanın da Kibertəhlükəsizlik Konvensiyasına qoşulmuşuq», - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR