Bank Of Baku

Azərbaycanda ekologiya sahəsində bir sıra standart hazırlanıb

Azərbaycanda ekologiya sahəsində bir sıra standart hazırlanıb
# 03 noyabr 2014 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Ekologiya” üzrə Texniki Komitənin (TK 09) növbəti iclası keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, iclasda texniki komitə tərəfindən hazırlanmış “Ətraf mühitin idarə olunması - ərazilərin və təşkilatların ekoloji qiymətləndirilməsinin uyğunlaşdırılaraq təhvil verilməsi (Environmental managament - Environmental assessment of sites and organizations (EASO) ISO 14015:2001)”, “Torpağın keyfiyyəti - Nümunə götürmə - 5-ci Hissə. Şəhər və sənaye ərazilərində torpaqların çirklənməsinin öyrənilməsi üzrə rəhbəredici sənəd (Soil qualitu-Sampling-Part 5 Guidance on the procedure for the investigation of urban and industrial sites with regard to soil contamination)” standart layihələri müzakirə olunub.

 

İclasın yekununda müzakirə olunmuş standart layihələri üzrə işlərin yekunlaşdırılması və dövlət qeydiyyatına alınması məqsədi ilə Dövlət Komitəsinə təqdim olunması barədə qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR