Bank Of Baku

Azərbaycanda elektron ticarətin həcmi kəskin artıb

Azərbaycanda elektron ticarətin həcmi kəskin artıb
# 20 iyul 2013 07:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanın informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707,1 mln. manat dəyərində və ya ötən ildə olduğundan 7,5% çox rabitə xidməti göstərib.

 

APA-Economics”in xəbərinə görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən xidmətlərin 72,2%-i bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Qeyd olunan dövr ərzində elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1 038,2 min manatlıq qeyri-ərzaq malları və 73,4 min manatlıq ərzaq məhsulları satılıb, müvafiq olaraq bu göstərici 68,5% və 2,1 dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR