Bank Of Baku

Azərbaycanda ev təsərrüfatlarının 64%-nin internetə çıxışı var

Azərbaycanda ev təsərrüfatlarının 64%-nin internetə çıxışı var
# 17 iyul 2013 09:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 2012-ci ildə əvvəlki illə müqayisədə 65-dən 70-ə yüksəlib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Rabitə və İnformasiya Texnologiyaların Nazirliyinin məlumatında deyilir.

 

Məlumata əsasən, ümumilikdə son 5 ildə ölkədə internet istifadəçilərinin sayı 2 dəfə artıb. Son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumu 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatıb. Ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir.

 

Son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının tutumunun da 12,9 dəfə artmasına səbəb olub. Bununla yanaşı, müvafiq dövr ərzində internet xidmətləri bazarının həcmi də 4 dəfə böyüyüb. Ölkədə internetin inkişafı həm də ölkənin kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.

 

Həmçinin qeyd edilir ki, 2012-ci ilin yekunları üzrə aparılmış statistik təhlillərin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR