Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərbaycanda 2013-cü ilin İKT ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı» üzrə tədbirlərin icrasını davam etdirir.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, Tədbirlər Planında yer alan əsas istiqamətlərdən biri də beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanmasıdır. Hazırda beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsullarının hazırlanması üzrə 2, terminoloji üzrə 2 olmaqla, ümumilikdə 13 milli standart üzrə işlər aparılır.
Qeyd edək ki, Tədbirlər Planı üzrə tədbirin icraçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir.