Bank Of Baku

Azərbaycanda IMEI kodların qeydiyyatı yeni üsulla keçiriləcək

Azərbaycanda IMEI kodların qeydiyyatı yeni üsulla keçiriləcək
# 19 avqust 2013 09:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabr ayından etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi IMEI (International Mobile Equipment Identification – Mobil cihazların qeydiyyat sistemi) kodları yeni üsulla qeydiyyatını həyata keçirəcək.

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, hazırda Nazirliyin müvafiq strukturları tərəfindən bu istiqamətdə tamamlama işləri aparılır. Bu üsulun yeniliyi ondan ibarət olacaq ki, artıq IMEI kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaq.


Xatırladaq ki, IMEI kodlarının qeydiyyat sistemi 2013-cü il mayın 1-dən etibarən istifadəyə verilib.


Azərbaycanda təsdiq edilmiş qaydalar uyğun şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (ölkə mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır.

Bu qayda Azərbaycana gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SIM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SIM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər. IMEI kodu öyrənmək üçün mobil cihaz istifadəçilərinə *#06# qısa nömrəsini yığmaq və ya www.imei.az internet səhifəsində mövcud olan interaktiv xidmətdən istifadə etmək lazımdır.

Mobil cihazların IMEI nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirmək, eləcə də əlavə məlumatlar əldə etmək mümkündür.

Qeydiyyatı əksər hallarda mobil qurğu satıcıları və mobil qurğuların idxalı ilə məşğul olan hüquqi statusundan asılı olmayaraq digər sahibkarlar həyata keçirirlər. Mobil qurğunun qeydiyyatı olmadıqda və o, qara siyahıya aid olduqda mobil operator 24 saat ərzində onun istismarını çətinləşdirməlidir. IMEI kodların qara zənbilindən olan qurğularına xidmət göstərən vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 10 min manat cərimə ediləcək. Bu cür hallar təkrar aşkar edildiyi halda cərimələrin məbləği müvafiq olaraq 4 min və 20 min manatadək artır.

Mobil qurğunun IMEI kodunun qeydiyyat sisteminə qoşulmadığı və qurğunun sistemə uyğunlaşdırılmadığı halda vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimə ediləcək.

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil qurğular, mobil rabitə operatorlarının fəaliyyətinə mənfi təsir göstərir, istifadəçilərin səhhətinə ziyan vurur və mobil qurğuların IMEI kodlarının qeydiyyat sisteminin tətbiqi bunların qarşısını almaq üçün ən effektiv tədbirlərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR