Bank Of Baku

Azərbaycanda istifadədə olan “e-imza”ların sayı 20 mini ötüb

Azərbaycanda istifadədə olan “e-imza”ların sayı 20 mini ötüb
# 08 avqust 2014 06:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda elektron imza (e-imza) sertifikatlarının sifariş sayında artım müşahidə olunur.

 

APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistik göstəricilərə istinadən verdiyi xəbərə görə, iyul ayı ərzində 1 639 e-imza kartı istifadəyə verilib.

 

Belə ki, dövlət qurumlarına 800, hüquqi şəxslərə 759, fiziki şəxslərə isə 80 e-imza kartı təqdim olunub.

 

Mərkəzə daxil olan sifarişlərə əsasən indidən demək olar ki, bu statistika gələn aylar üçün daha da artacaq.

 

Qeyd edək ki, ümumilikdə indiyədək verilmiş elektron imzanın sayı 20 mini ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR