Bank Of Baku

Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək

Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi keçiriləcək
# 16 iyul 2013 11:09 (UTC +04:00)

 «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

 

Müsabiqənin üstünlükləri Azərbaycanda ixtiraların, yeni texnologiyaların yaradılmasının həvəsləndirilməsi, ixtiraçılıq fəaliyyətinin və innovasiyaların stimullaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, perspektivli patentlərdən istifadə hallarına köməklik göstərilməsindən ibarətdir. Müsabiqə hər il aprel ayında müxtəlif nominasiyalarda, müsabiqə keçirilən ildən əvvəlki ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə Komitədə yaradılan Təşkilat Komitəsi tərəfindən təşkil olunaraq keçiriləcək.

 

İxtiraçılıq sahəsində nailiyyətlərə görə ilk Respublika Müsabiqəsinin 2012-ci ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə keçirilməsi nəzərdə tutulub. Sənəd qəbuluna sentyabrın 2-dən etibarən başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR