Bank Of Baku

Azərbaycanda keçən il havaya atılan tullantıların 80%-i nəqliyyatın payına düşüb

Azərbaycanda keçən il havaya atılan tullantıların 80%-i nəqliyyatın payına düşüb
# 06 avqust 2013 07:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda 2012-ci ildə atmosferə atılan tullantıların miqdarı 1 075, 3 min ton təşkil edib. Bunun 849,3 min tonunu, yəni təxminən 80%-ni avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində atmosferə atılmış müxtəlif qazlar təşkil edib.


APA-Economics”in məlumatına görə, bu statistika “Ekoleks” ekoloji hüquq mərkəzinin “Dayanqlı nəqliyyat siyasəti üzrə dialoqda vətəndaş cəmiyyətinin inkişafı”na həsr olunmuş konfransında bildirilib.


Hüquq mərkəzi Dövlət Yol Polisinə istinadla qeyd edir ki, ölkədə hərəkət edən avtomaşınların 75%-ə qədərinin Bakıda olması bu tullantıların böyük əksəriyyətinin Bakının atmosferinə təsir etməsinə, onun ətraf mühitini çirkləndirməsinə və əhalinin səhhətinə zərərli təsir etməsinə gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR