Bank Of Baku

Azərbaycanda mənzil tikintisinə investisiyalar 7% artıb

Azərbaycanda mənzil tikintisinə investisiyalar 7% artıb
# 27 iyul 2013 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin ilk yarısında istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 917,9 min kv. metr təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi illik müqayisədə 15,2% artıb.

Qeyd edək ki, Azərbaycanda I yarımillik ərzində mənzil tikintisinə müxtəlif mənbələrdən 659,4 mln. manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR