Bank Of Baku

Azərbaycanda minik avtomobillərinin istehsalı 72% azalıb

Azərbaycanda minik avtomobillərinin istehsalı 72% azalıb
# 15 avqust 2017 11:03 (UTC +04:00)

Bu ilin 7 ayında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 147 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə maşın və avadanlıqların istehsalı 19,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,3% artıb.

 

Yeddi ay ərzində fəvvarə armaturunun istehsalı 90,6%, minik avtomobillərinin istehsalı 72%, yük avtomobillərinin istehsalı 99,3% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 3,6%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,7% artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR