Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən qeydiyyatdan keçməyən 320 ədəd müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.
«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə 441 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Qeydiyyatdan keçməyən radioelektron vasitələrin 14 ədədi DRİ-də qeydiyyata salınıb, 193 ədədi möhürlənib və 106 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni