2017-ci ilin yanvar-noyabr ayları ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 29,8% artaraq 509,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 24,8%, betondan yığma tikinti konstruksiyaların istehsalı 1,7 dəfə, şüşə lifindən ipliyin istehsalı 1,9 dəfə, tikinti kərpici 55%, hörmə üçün hazır beton qarışığının istehsalı 75,4% artıb.