Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 27 avqust 2013 13:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin iyul ayı üzrə 9,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyun ayında həmin indikator 150,8%-ə, mayda isə 62,0%-ə bərabər olub.

 

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbəti kimi hesablanır.

 

Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar üzrə yanvardakı kəskin azalmadan sonra, fevralda sabitlik bərpa olunub, martda 2 dəfəyə yaxın, apreldə 4,3 dəfəlik artım, mayda yenidən azalma, iyunda isə artım baş verib. İyul ayında isə mənzil tikintisinə yönəldilən investisiyaların həcmi aylıq müqayisədə 11,2 dəfə azalıb:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, onunla bağlı olan sahələrdəki vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə vəziyyəti göstərir. Eyni zamanda, bu sahəyə mövsümi amillərin təsirini də qeyd etmək lazımdır. Belə ki, havaların kəskin isti keçməsi və ümumiyyətlə, iyul ayında ənənəvi olaraq işgüzar fəallığın kəskin zəifləməsi dinamikaya mənfi təsir göstərib.

 

Ümumilikdə, bu ilin yanvar-iyul ayları ərzində mənzil tikintisinə 677,6 mln. manat həcmində investisiya qoyulub ki, bu ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR