Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşımanın həcmi artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşımanın həcmi artıb
# 16 avqust 2013 07:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər 122,1 mln. ton yük və 956,6 mln. nəfər daşıyıblar.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən yükdaşımanın həcmi 2,3%, sərnişindaşımanın həcmi isə 7,8% artıb.

 

Yüklərin 10,7%-i dəmir yolu nəqliyyatı, 56%-i avtomobil nəqliyyatı, 5,7%-i dəniz nəqliyyatı, 27,6%-i boru kəmərləri ilə danışıb. Komitənin məlumatına görə, sərnişinlərin 87,2%-i avtomobil, 12,5%-i metropolitenlə daşınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR