Bank Of Baku

Azərbaycanla İranla arasında açılacaq sərhəd-keçid məntəqəsində inşaat işləri başa çatmaq üzrədir

Azərbaycanla İranla arasında açılacaq sərhəd-keçid məntəqəsində inşaat işləri başa çatmaq üzrədir
# 10 avqust 2013 11:00 (UTC +04:00)

Füzuli. Rəşad Süleymanov - APA. Azərbaycan tərəfi İranla dövlət sərhədində Horadiz sərhəd-keçid məntəqəsini istifadəyə hazırlayır. APA-nın məlumatına görə, artıq Azərbaycan tərəfdə sərhəd-keçid məntəqəsində inşaat işləri başa çatmaq üzrədir.

 

Sərhəd keçid məntəqəsində pasport nəzarət, yüklərin yoxlanılması bölmələri qurulub. Bununla yanaşı, Horadiz şəhərindən məntəqəyədək olan yolun asfaltlaşdırılması işləri həyata keçirilir. Yolun çəkilməsi bir neçə həftə ərzində yekunlaşacaq.

 

APA-nın əldə etdiyi məlumata görə, Horadiz-Aslanduz keçid məntəqəsindən əsasən sərhədi piyada keçən şəxslər istifadə edəcəklər. Azərbaycandan İrana, habelə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri isə Biləsuvar məntəqəsindən keçəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR