Bank Of Baku

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq
# 22 fevral 2018 09:27 (UTC +04:00)

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

 

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

 

Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

 

"Bu yol Bakı - Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur. Artıq yolun tikintisinə başlanıldığını bildirib və əlavə edib ki, 2020-ci ilin əvvəlinə tikintisinin başa çatdırılması gözlənilir", - deyə S.Məmmədov əlavə edib.

 

 

Qeyd edək ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR