Bank Of Baku

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin operator şirkətinə yeni direktor təyin olunub

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin operator şirkətinə yeni direktor təyin olunub
# 21 avqust 2013 13:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin operator-şirkəti "Marabda-Karçaxi dəmir yolu" MMC-nin baş direktoru vəzifəsinə Oleq Biçiaşvili təyin edilib. “APA-Economics”in “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, əvvəllər “Gürcüstan dəmir yolları” SC-nin rəhbəri vəzifəsində çalışmış Oleq Biçiaşvili yeni vəzifədə İrakli Çulayanı əvəz edib.

 

İrakli Çulayanın vəzifəsindən kənarlaşdırılmasının səbəbləri açıqlanmır. Lakin son vaxtlar Gürcüstan prezidenti Mixail Saakaşvili tez-tez dəmir yolunun Gürcüstan hissəsinin tikinti işlərinin ləngiməsindən şikayətlənirdi.

 

“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi çərçivəsində dəmir yolu magistralının 105 km-lik qolunun tikilməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanda Ahalkalaki-Marabda-Tbilisi dəmir yolu məntəqəsi yenidən bərpa olunacaq ki, bu da onun buraxılış qabiliyyətini ildə 15 milyon ton yükə çatdıracaq. Ahalkalakidə Gürcüstanda mövcud olan dəmir yolundan Avropaya qatarların ötürülməsi üzrə məntəqə də tikiləcək. Dəmir yolu xəttinin 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

 

Avropa dəmir yolu şəbəkəsinə birbaşa girişi olacaq Bakı-Tbilisi-Qars dəmir yolu magistralı üzrə hər il 30 milyon ton yükün daşınması gözlənilir.

 

 

.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR