Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı - Sankt-Peterburq - Bakı marşrutu üzrə əlavə aviareyslər yerinə yetirəcək.
«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, yay mövsümü ilə əlaqədar avqustun 17-də, 24-də və 31-də Bakı - Sankt-Peterburq - Bakı istiqaməti üzrə əlavə uçuşlar həyata keçiriləcək. Uçuş «Airbus A-320» tipli təyyarələrlə həftənin VI günləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda Bakıdan Sankt-Peterburqa uçuşlar həftədə 3 dəfə (III, V və VII günlər) yerinə yetirilir.