AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, yay mövsümü ilə əlaqədar avqust ayında Bakı – Sankt-Peterburq – Bakı istiqaməti üzrə əlavə uçuşlar həyata keçiriləcək: «Əlavə uçuşlar avqustun 17-də, 24-də və 31-də – yəni həftənin VI günləri «Airbus A-320» tipli təyyarələrlə yerinə yetiriləcək».
Qeyd edək ki, hazırda Bakıdan Sankt-Peterburqa uçuşlar həftədə 3 dəfə (III, V və VII günlər) yerinə yetirilir.