Bank Of Baku

Bakı Fond Birjası ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb

Bakı Fond Birjası ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb
# 08 yanvar 2018 08:21 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum  imzalanıb.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, sənəd Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanıb.

 

Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması  və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların  kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR