Bank Of Baku

Bakıda daha bir tunel tipli kompleksin tikintisi başa çatır - FOTOSESSİYA

Bakıda daha bir tunel tipli kompleksin tikintisi başa çatır - <span style="color: red;">FOTOSESSİYA
# 02 avqust 2013 09:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sifarişi ilə Bakı şəhərinin Qələbə meydanı ərazisində («Gənclik» metro stansiyası yaxınlığında) tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir.

 

ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2 470 metr nəzərdə tutulan tunellərin eni 8,2-16,5 metr arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, «Gənclik» metro stansiyasının 2 çıxışının tikintisi daxildir. Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546 metr, eni 16,5 metr olan tunel tamamlanaraq ölkə başçısının iştirakı ilə açılışı olub. Hazırda 2 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 2 tuneldə döşəmənin betonlanması işləri gedir. Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir.

 

Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənmə işlərinə başlanılıb: «Sözügedən ərazidə nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz hərəkətinə, eyni zamanda tıxac probleminin aradana qaldırılmasına xidmət edəcək kompleksin payız aylarında istifadəyə verilməsi planlaşdırılır».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR