Bank Of Baku

Bakıda kibertəhlükəsizliyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda kibertəhlükəsizliyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 30 iyul 2013 12:24 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

 

Məlumatda bildirilir ki, sərgi çərçivəsində həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə «Beynəlxalq kibertəhlükəsizlik» konfransının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, konfransın ekspertlər iclası və nazirlər toplantısının keçirilməsi planlaşdırılır. 

 

Bununla əlaqədar olaraq, ITU-da xüsusi qrup yaradılıb. Hazırda həmin qrup konfransın proqramı və tədbirə dəvətlilərin siyahısının hazırlanması ilə məşğuldur. Sentyabrın əvvəlindən etibarən bu konfransda iştirak edəcək tərəflərə müvafiq dəvətnamələrin təqdim edilməsi nəzərdə tutulur.

 

Konfransın yekununda kibertəhlükəsizlik sahəsində Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur. Bəyannamədə 2014-cü ildə Bakıda Kibertəhlükəsizlik üzrə Sammitin keçirilməsi ilə bağlı tövsiyələr də əks olunacaq. Nəticə etibarı ilə burada BMT çərçivəsində kibertəhlükəsizlik üzrə dünyada ilk və yeganə qətnamənin qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, «Bakutel-2013» sərgisi dekabrın 2-5-də keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR