Bank Of Baku

Bakıda marşrut xətlərindən biri dəyişib

Bakıda marşrut xətlərindən biri dəyişib
# 21 noyabr 2017 12:27 (UTC +04:00)

31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək.

 

"Dəyişiklik edilməsinə səbəb odur ki, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi".

 

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR