Bakı. Aynur Əliyeva – APA-Economics. Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə daxil olan məlumata görə, yol, Abdülvahab Salamzadə küçəsində (yol ötürücüsünün üstündə) aparılan təmir işləri ilə əlaqədar olaraq bağlanıb.
Sürücülərdən alternativ olaraq A. Salamzadə küçəsi - Kənar yoldan və Cavadxan küçəsindən istifadə etmələri xahiş olunur.