Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Bakının qeyri-yaşayış sahələri bazarında ötən ilin əvvəlki ayları ilə müqayisədə azalma olub.
Paytaxtda daşınmaz əmlak bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb.
Ümumilikdə, bu ilin son iki ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təklifin sayının azalması da baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma xidmət və ofis seqmenti üzrə qeydə alınıb.
Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb.
Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -13.2% azalaraq 257 ədəddən 223 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı aprel ayına nisbətən may ayında müşahidə olunan kommersiya bazarının ümumi tendensiyasına uyğun olaraq 2,6% artaraq 115 ədəd təşkil edib.
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 48%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 21% və 10% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 9%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 12%-nə malikdirlər.
Qeyri-yaşayış obyektlərinin orta sahəsi may ayı üçün 213,82 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 49,74% artıb. Artmaya əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı və ətraf ərazilərdə ən böyük boş sahə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb – 3 000 kv.m. Ən az sahəyə isə Nəsimi rayonunda, Nizami m/st yaxınlığında 12 kv.m sahəyə malik olan yer qeydə alınıb.
Əvvəlki aylarla müqayisədə, aprel və may ayları ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən dinamika sözsüz ki, orta qiymətə təsirsiz ötüşməyib. May ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 5% artaraq 4380 dollar/kv.m təşkil edib. Aprel ayına nisbətən may ayında aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin 2% azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 144 gün təşkil edib.
Bu il may ayında qeyri-yaşayış sahələrinin alqı-satqı qiymətlərində nisbətən artımla yanaşı, obyektlərin icarəsi bazarında da 2,14% artma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) qeydə alınan 4357 dollar/kv.m-dən artaraq 4380 dollar/kv.m, icarə qiymətləri isə 19,67 dollar/kv.m/ay artaraq 20.09 dollar/kv.m/ay təşkil edib. May ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb.
Qiymətlərin son ayda azalması I və II zonalarda, artımı isə III və IV zonalarda müşahidə edilib. Bu, əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur. Ümumilikdə son iki ayda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunsa da, may ayında aprel ayına nisbətən az da olsa, artım qeydə alınıb.
Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə bu formada qeydə alınıb:
|
Sahələr |
fevral 2014 |
may 2014 |
% |
|
mağaza |
4304 |
4409 |
2,44% |
|
yer |
4305 |
4318 |
0,30% |
|
xidmət |
3830 |
3976 |
3,81% |
|
ofis |
2803 |
2619 |
-6,56% |
|
zirzəmi |
1093 |
1014 |
-7,23% |
|
sənaye |
690 |
667 |
-3,33% |
|
orta qiymət |
4357 |
4380 |
0,53% |
Zonalar üzrə obyektlərin icarə qiymətlərində daha çox artım qeydə alınıb.
|
Zonalar |
fevral 2014 |
may 2014 |
% |
|
I zona |
23,52 |
23,11 |
-1,7% |
|
II zona |
17,13 |
18,52 |
8,1% |
|
III zona |
16,64 |
17,46 |
4,9% |
|
IV zona |
7,94 |
8,13 |
2.4% |
|
Orta qiymət |
19,67 |
20,09 |
2,14% |
II, III və IV zonalar üzrə obyektlərin icarə qiymətlərində artma, I zonada isə azalma müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərəçarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar.
|
|
fevral, $/kv.m |
may, $/kv.m |
artım/azalma, % |
|
mağaza |
33,4 |
33,81 |
1,23 |
|
yer |
20,72 |
22,83 |
10,18 |
|
xidmət |
20,54 |
17,60 |
-14,31 |
|
ofis |
20,1 |
22,2 |
10,19 |
|
zirzəmi |
4,8 |
4,8 |
0,00 |
|
sənaye |
4,88 |
4,82 |
-1,23 |
Beləliklə, ilin əvvəlindən başlayan qiymət artımında son iki ayda stabilləşməyə meylli olub. Son aylarda kommersiya təyinatlı daşınmaz əmlakın gəlirliyində azalmalar müşahidə edilir, 2013-cü ildə bütünlüklə və 2014-cü ilin əvvəlində müşayiət edilən bazar trendi bu ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır.