Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsindən keçən 500 mm diametrli magistral su xəttinin qəzalı vəziyyətdə olan 7 metrlik hissəsi dəyişdirilir.
Bununla əlaqədar bu gün ərzində paytaxtın Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.