Bank Of Baku

Bakının mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 18 oktyabr 2017 09:23 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

 

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli "APA-Economics"ə açıqlamasında bildirib ki, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR