Bank Of Baku

Bakının tikinti materiallarının istehsalı sahəsində canlanma müşahidə olunur

Bakının tikinti materiallarının istehsalı sahəsində canlanma müşahidə olunur
# 06 sentyabr 2017 09:53 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 27,5% artaraq 242,2 milyon manat təşkil edib.

 

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 24,8%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,5 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 20,4%, tikinti kərpicinin istehsalı 71,4% artıb.
 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyul aylarında 154,9 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində istehsalın həcmi eyni səviyyədə qalıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 36,6%-lik azalma müşahidə olunub. Yeddi ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 10,4%, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,7 dəfə artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR