Bank Of Baku

Bakının üç rayonunun su təchizatı məhdudlaşdırılır

Bakının üç rayonunun su təchizatı məhdudlaşdırılır
# 06 oktyabr 2017 09:30 (UTC +04:00)

Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

 

Bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR