Bakı. Aynur Əliyeva - APA-Economics. Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb. Ümumi uzunluğu 1 100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib.