Bank Of Baku

Bakının yeni binalarında mənzillərin qiyməti artıb - TƏHLİL

Bakının yeni binalarında mənzillərin qiyməti artıb - <span style="color: red;">TƏHLİL
# 08 avqust 2014 11:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyun ayı ərzində Bakı şəhərinin ilkin daşınmaz əmlak bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1266 ABŞ dolları/kv.m-dən 3,63% artaraq 1312 dollar/kv.m-ə qədər, milli məzənnə ilə isə ay ərzində 993 manat/kv.m-dən 3,62% artaraq 1 029 manat/kv.m bəndində qərarlaşıb.  

 

APA-Economics”in məlumatına görə, "MBA Consulting Group"un paytaxtın yaşayış təyinatlı ilkin daşınmaz əmlak bazarında apardığı son tədqiqatlar nəticəsində məlum olub ki, ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik bu ilin iyun ayında may ayı ilə müqayisədə 8%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 10% artıb. Bununla yanaşı son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir.

 

Hər ay olduğu kimi, ötən ay da bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Bazar portfelində ümumi təkliflərin sayı isə 433 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 19,52%, ilin müvafiq ayı ilə müqayisədə isə 21,7% az olub.

 

Qeyd edək ki, bu son ayda əmlak bazarında aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir. Təkrar yaşayış mənzil bazarında qiymətlərin azalması, ilkin yaşayış mənzil bazarında isə qiymətlərin artması strukturun dəyişmə səbəbinə baş verir, yəni bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar.

 

Ümumiyyətlə, son aylar üzrə qiymət indeksinin artımı müşahidə edilib ki, buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artmasıdır. İyun ayında bazarın aktivliyində artma qeydə alınıb ki, bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,88% artmasına gətirib çıxarıb.

 

Bu ilin iyun ayının sonuna Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan iri çoxmənzilli yaşayış binaların sayı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 433 ədəd olub. Bu ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay və il üzrə azalmalar qeydə alınıb.

 

Qrafikdən də göründüyü kimi, son aylar təklifin həcmində azalmalar müşahidə olunur. Bu azalmaya səbəb kimi, uzum mənzil tikintisində rentabelliyin aşağı olması nəticəsində bu seqmentə investorların maraqlarının azalması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında qeydə alınıb. Alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə, ilkin bazar portfelində ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım müşahidə olunur.

 


Sinif

Bina sayı

Təklif portfeli

Sahə kv.m

$/mənzil

orta qiy $/kv.m

 

min.

orta

maks.

 

 

Ekonom klass

69

210

36

100.6

236

97.735

960

Biznes klass

31

208

46

135

245

213.581

1556

Elit klass

3

15

90

183.5

220

529.808

2798

 

“Elit” mənzillər əsasən şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında məskunlaşıblar. Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin III zonasında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb.

 

Hesabat ayı üzrə II zonada təklif portfeli dəyişməz qalıb, lakin digər hər üç zonada isə təklif portfelində azalma qeydə alınıb. Qeyd edək ki, ümumiyyətlə, şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir. Təklif portfelində satışa çıxarılan mənzillərin sayında artım yalnız Nərimanov rayonunda qeydə alınıb, digər 11 rayonlarda isə azalıb.

 

Şəhər üzrə ümumi mənzil bazarında orta qiymət iyun ayı ərzində 0,20%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 51,4% artım, ilkin mənzil bazarında isə uyğun olaraq ilin əvvəli ilə müqayisədə 14,49%, ötən ilin müvafiq ayına nəzərən isə 32,66% artaraq 1312 $/kv.m olub. Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğundur.

 

İlkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətləri son aylarda artımla yadda qalmışdırsa, iyun ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətində azalma müşahidə olunub. İyun ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin azalması yay fəslinin davamı ilə bağlı olub. Zonalar üzrə qiymətlər müvafiq olaraq 2293 $/kv, 1565 $/kv, 1135 $/kv və 770 $/kv təşkil edib.

 

Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, iyun ayında bazarda qiymət artımına təklif portfelinin tükənməsinin nəticəsi struktur dəyişiklik kimi baxmaq olar, ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR