Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən xəbərə görə, eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.
Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub.
Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirəcək.