Bank Of Baku

Belarusun Azərbaycandakı səfirliyinin binasının inşası gələn ay başa çatacaq

Belarusun Azərbaycandakı səfirliyinin binasının inşası gələn ay başa çatacaq
# 28 avqust 2013 07:33 (UTC +04:00)

Paytaxtın Xətai rayonunda (Katolik Kilsə yaxınılığında) inşa edilən diplomatik nümayəndəliyin binasının tikintisinə bu ilin aprel ayında başlanılıb. Tikinti işlərini icra edən «Ulu Göyçə» MMC -nin mühəndisi Fikrət Əliyev «APA-Economics»ə bildirib ki, inşaat işləri sentyabrın 15-də yekunlaşdırılacaq.

 

Yarım hektar sahəsi olan Belarus səfirliyinin ərazisində üçmərtəbəli inzibati bina inşa edilib. Binanın sahəsi isə 1016 kv. metrdir. Bundan başqa, zirzəmi ilə birgə 6 mərtəbədən ibarət 18 mənzilli yaşayış binası tikilib.

 

F.Əliyev əlavə edib ki, səfirliyin ərazisində xüsusi olaraq təsərrüfat binası da inşa olunur: «Hazırda burada transformator, qazanxana, nasosxana, talvar, qaraj, avtomobillərin yuyulması üçün xüsusi ərazi, yanğından mühafizə məqsədilə 150 kubmetrlik və içməli su üçün nəzərdə tutulan 75 kubmetrlik su hovuzları, həmçinin sahəsi 160 kv. metr olan üzgüçülük hovuzu da inşa olunur. Binanın tikintisi ilə bağlı işlər yekunlaşdıqdan sonra buradan Babək prospektinə qədər avtomobil yolu (N.Rəfiyev küçəsi) da təmir olunacaq».

 

Şirkət mühəndisinin sözlərinə görə, səfirlik binasının inşası Belarus dövlətinin maliyyə vəsaitləri hesabına aparılır.

 

Qeyd edək ki, yaxın gələcəkdə Belarus səfirliyinin binasının yaxınlığında Gürcüstan, Qazaxıstan və Ukrayna səfirliklərinin inşası planlaşdırılır.

 

Xatırladaq ki, Belarusun Azərbaycandakı səfirliyi hazırda «Gənclik» metro stansiyası yaxınlığında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR