Bank Of Baku

Binəqədidə 13 avtobus dayanacağı məntəqəsi təşkil edilib

Binəqədidə 13 avtobus dayanacağı məntəqəsi təşkil edilib
# 21 dekabr 2017 11:49 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb.

 

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib.

 

“Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə yolda 21 ədəd eyni səviyyəli piyada keçidi təşkil edilib”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, görülən işlər “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə birgə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR