Binəqədidə daha bir küçənin təmirinə başlanılıb

Binəqədidə daha bir küçənin təmirinə başlanılıb
# 08 yanvar 2018 08:31 (UTC +04:00)

Binəqədi rayonunda Abay Kunanbayev küçəsində təmir işlərinə start verilib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, küçənin uzunluğu 1.8 km, eni isə ortalama 9 metr təşkil edir.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcud piyada səkiləri isə bərpa olunaraq asfaltlanır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR