Bank Of Baku

Binəqədinin daha bir küçəsində təmir işləri başa çatdırılıb

Binəqədinin daha bir küçəsində təmir işləri başa çatdırılıb
# 14 fevral 2018 13:33 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn 1,9 km uzunluğa malik Abay Kunanbayev küçəsində aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.

 

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1,3 km-lik hissədə 9 metrdən 12 metrə, 0,6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

 

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcud olanların isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3 600 paqon-metr yeni səki daşları düzülüb.

 

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

 

Hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılmaqla və yolun üfüqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR