Böyükşor şosesində sıxlıq yaranıb.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, Böyükşor şosesi, Olimpiya stadionunun qarşısı (Koroğlu m/st-na çatmamış), şəhər istiqamətində təmir-tikinti işləri ilə əlaqədar yolun 3 zolağı bağlanıb və nəticədə həmin istiqamətdə sıxlıq yaranıb.