Bank Of Baku

BTQ ilə yola salınan ilk qatar qrafiki 10 saat qabaqlayıb

BTQ ilə yola salınan ilk qatar qrafiki 10 saat qabaqlayıb
# 04 noyabr 2017 15:24 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yola salınan ilk qatar Türkiyənin Mərsin şəhərinə qrafikdən 10 saat tez çatıb.

 

"APA-Economics" xəbər verir ki, qatarı "TCDD Taşımacılık A.Ş."-nin baş direktoru Veysi Kurt qarşılayıb. "Qatar 75 saat əvvəl Bakıdan yola düşüb. Bizim planımıza görə, qatar 80 saat sonra bura çatmalı idi. Ancaq qatar qrafiki 10 saat qabaqlayıb", - deyə V. Kurt bildirib.

 

Bundan öncə xəbər verdiyimiz kimi, BTQ ilə yola salınan ilk qatar ötən gün Qarsa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR