AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, uçuşlar həftədə bir dəfə cümə günü yerinə yetiriləcək.
Bakıdan uçuş saat 05:45-də, Krasnoyarskda eniş 13:45-də, o cümlədən Krasnoyarskdan uçuş saat 15:45-də, Bakıda eniş isə saat 18:25-də həyata keçiriləcək.
Qeyd edək ki, uçuşlar “Boeing” tipli təyyarələrlə reallaşdırılacaq.