Bank Of Baku

Bu ilin 7 ayında Azərbaycanda 103 çoxmərtəbəli binaya qaz verilib

Bu ilin 7 ayında Azərbaycanda 103 çoxmərtəbəli binaya qaz verilib
# 11 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi təbii qazla təmin olunmuş çoxmərtəbəli binaların sayını artırıb.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 103 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

 

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10 299 ailə yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR