Bank Of Baku

Cavid Qurbanov: “BTQ yükdaşımalar sahəsində yeni mərhələyə keçməyə imkan verəcək”

Cavid Qurbanov: “BTQ yükdaşımalar sahəsində yeni mərhələyə keçməyə imkan verəcək”
# 28 noyabr 2017 14:51 (UTC +04:00)

“Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən,  bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

Onun sözlərinə görə, bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. “Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq.”

 

C. Qurbanov qeyd edib ki, yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR