"Çexiya Azərbaycanda ən vacib investorlardan biridir".
APA-nın məlumatına görə, bu sözləri Çexiyanın Azərbaycandakı səfirliyinin ticarət nümayəndəsi Yan Yindrix deyib.
O bildirib ki, son 10 ildə Çexiyanın dövlət və özəl şirkətləri Azərbaycana 2 milyard dollardan çox investisiya yatırıb: "Ən böyük investisiya Bakı-Tbilisi-Qars layihəsi ilə bağlıdır.
Çexiyanın "Moravia steel" və "Trinacke Zelezarnıy" şirkətləri dəmir yolunun Azərbaycana düşən hissəsinin təmiri ilə məşğul olub. Bundan başqa, Bakıda gördüyünüz qırmızı avtobusların yarısı Çexiyada istehsal olunub".